İranlı hakerlər İsrailin turizm saytlarında olan 300 min nəfərin məlumatlarını oğurlayıblar -İsrail KİV-ləri

Bu gün cümə İsrail KİV-ləri İran hakerlərinin ölkənin turizm şirkətlərinin internet saytlarına sızdıqları və çoxlu məlumatları ələ keçirdiklərini bildiriblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin “12-ci Telekanalı” məlumat yayıb.

Bildirilib ki, bir qrup iranlı haker İsrailin turizm şirkətlərinin internet səhifələrinə sızmağa və 300 mindən çox müştərinin şəxsi məlumatlarını əldə etməyə müvəffəq olub.

Telekanal bəyan edib ki, İran və İsrail arasında kibermüharibə fonunda ölkənin “Gol Tours” şirkətinə məxsus mehmanxanaların tətil vaxtı rezervasiyası, yüz minlərlə israillinin şəxsi məlumatları, telefonları və həssas tibbi müalicə ünvanları ələ keçirilib.

Telekanal öz saytında təsdiqləyib ki, təxminən iki həftə əvvəl iranlı hakerlər bu işi görüblər və ölkədə hər kəsin müraciət etdiyi tətil rezervasiyası üçün 20-dən çox otel vebsaytını idarə edən bir şirkətə sızıblar.