İranlı diplomatlar 6 ildən sonra Səudiyyə Ərəbistanında

 İranlı diplomatlar son 6 ildə ilk dəfə Səudiyyə Ərəbistanına gediblər. İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçiriləcək iclasında Tehran administrasiyasını diplomatlar təmsil edəcək.

İran dövlət televiziyasının yayımladığı xəbərə görə, Ciddədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatında Tehran hökumətini təmsil etmək üçün 3 iranlı diplomat Səudiyyə Ərəbistanına gəlib. Xəbərdə diplomatların bir neçə gün əvvəl gəldiyi və Səudiyyə Ərəbistanının 2016-cı ildən bəri ilk dəfə İrandan diplomat qəbul etdiyi qeyd edilib. Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə edilən hücumlardan sonra Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər tamamilə kəsilmişdi. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Qətipzadə məsələ ilə bağlı jurnalistlərə bildirib ki, İran hələlik üç diplomatla İƏT-dəki ofislərini yenidən açmağa yönəlib. İran daha əvvəl Ər-Riyaddakı səfirliyini yenidən açmağa hazır olduğunu açıqlamışdı.