İranın xarici işlər naziri İsmayıl Haniyə ilə telefon əlaqəsi saxlayıb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında müqavimət oxunun son qələbələrini qeyd edib. O, sözügedən telefon danışığında sionist düşmənlə müharibədə müqavimət cəbhəsi şəhidlərinin şəhadətini təbrik edib. Eyni halda o, sionistlərin fələstinli qadın və uşaqların öldürülməsini terror rejiminin acizliyi və zəifliyinin əlaməti kimi qiymətləndirib. İranın xarici işlər naziri İsmayıl Haniyənin müqavimət qruplarının vəhdətinin təmin edilməsində tutduğu mövqeyi yüksək qiymətləndirərək, bu birliyi müqavimət oxu üçün böyük uğur kimi qiymətləndirib və bildirib ki, müqavimət bir daha qəddar düşmən qarşısında dayana bilib. Əmir Abdullahiyan sionist düşmənin nəhəng hərbi qüdrəti olmasına baxmayaraq onları iki gün ərzində atəşi dayandırmağa və müqavimət şərtlərini qəbul etməyə məcbur etməsi müqavmətin qələbəsi olduğunu bildirib. İranın xarici işlər naziri deyib: "Əlamətdar olan odur ki, bu müharibədə müqavimətin yalnız bir hissəsi düşmənə qarşıdır və təkcə bu, sionistlərin acizliyini və zəifliyini keçmişdən daha çox göstərən böyük nailiyyətdir".

Fələstin İslami Müqavimət Hərəkatı “HƏMAS”ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə bu telefon danışığında İran İslam Respublikasının Fələstinə verdiyi dəstəyi yüksək qiymətləndirərək deyib: “Sionist düşmən öz tənliklərini xalqa tətbiq etməyə çalışırdı. Qəzza zolağında Fələstin xalqı və müqaviməti ancaq Fələstin xalqının qəhrəmancasına müqaviməti ilə qarşılaşdı. Allahın izni ilə bu cihadı son qələbəyə qədər davam etdirmək əzmindəyik.”