İranın baş müzakirəçisi nüvə danışıqları üçün Avropaya yollanır

 İranı nüvə danışıqlarında təmsil edən nümayəndə heyəti Avropaya gedir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ölkə xalqına qarşı təzyiq sanksiyalarının aradan qaldırılması məqsədilə danışıqları davam etdirmək üçün İranın müzakirəçilər heyətinin Vyanaya gedəcəyini açıqlayıb.

“Baş müzakirəçi Əli Baqirinin başçılığı ilə İran İslam Respublikasının danışıqlar aparan nümayəndə heyəti bir neçə saatdan sonra Vyanaya yola düşəcək. Məqsəd zalım sanksiyalara son qoymaqdır”, deyə o əlavə edib.

Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar iki aydır dayanmışdı.