İranda iki sərnişin təyyarəsinin qaçırılmasının qarşısı alınıb

“İranda son iki həftədə iğtişaşlara və təxribatlara qarşı çevik əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların birində iki sərnişin təyyarəsinin qaçırılmasının qarşısı alınıb.”

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi ötən ay İranda iğtişaşlar və təxribatlara qarşı həyata keçirdiyi tədbirlər haqda yayımladığı hesabatında deyib.

Bildirilib ki, bu əməliyyatların birində iki sərnişin təyyarəsinin qaçırılması və onun düşürülməsi planı olub ki, zamanında qarşısı alınıb.

Bu hesabatda əlavə edilib ki, sabiq Şah rejimi tərəfdarlarından 92, kürd separatçı qruplarının 77 üzvü, “Xalq Mücahidləri”nin 77 üzvü, 28 nəfər iğtişaş lideri, şübhəli bilinən 9 xarici vətəndaş, təkfirçi qruplara mənsub 5 nəfər və sair saxlanılıb.