İranda 5,6 bal gücündə zəlzələ baş verib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İranın cənubundakı Hörmüzqan əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Hörmüzqan vilayətinin Bender Çarek rayonunda olan zəlzələ yerli vaxtla saat 08:07-də episentri 22 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.