İran XİN başçısı Bəşər Əsədlə görüşüb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya səfər edib.
“Qonşu ölkəmiz olan Türkiyənin narahatlığını başa düşürük və istənilən səbəbdən istənilən hərbi əməliyyata qəti şəkildə qarşıyıq” – deyə Abdullahiyan bildirib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Dəməşq hava limanına getdikdən sonra Suriyada olmasından məmnunluğunu ifadə edib:
“Çox şadam ki, bu gün mən və nümayəndə heyətim dostumuz və qardaşımız Suriyaya səfər etmək fürsəti əldə etdik.
Cənab Bəşər Əsədin Tehrana son səfəri iki ölkə arasında münasibətlərdə yeni dönüş nöqtəsidir. Bu səfər zamanı biz iki ölkə arasında, o cümlədən müxtəlif iqtisadi və ticarət sahələrində hərtərəfli əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduq.
Bu gün həmkarım cənab Feysəl əl-Miqdad ilə iki ölkə arasında münasibətlərin son vəziyyətini müzakirə etmək üçün çox yaxşı fürsətdir. Biz sionist rejimin hazırkı hərəkətini və Suriyanın ərazi bütövlüyünü pozmasını qətiyyətlə pisləyirik. Sionistlər Suriyanın müqavimət göstərən xalqına qarşı tətbiq edilən sanksiyalarla yanaşı, Suriyada sabitliyi pozmağa və xalqların problemlərini daha da dərinləşdirməyə çalışırlar.