İran və Rusiya arasında 5 milyard dollarlıq kredit razılaşması imzalanıb

İran və Rusiya 5 milyard dollarlıq kredit xəttinin açılması haqqında razılığa gəlib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.O bildirib ki, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində müsbət razılaşmalar əldə olunub. Onlardan biri də iki ölkə arasında 5 milyard dollarlıq kredit xəttinin açılmasıdır.

O qeyd edib ki, bundan başqa iki ölkə arasında elektrik stansiyalarının tikintisi, İranın Rusiyadan lokomotiv alması, Rəşt-Astara dəmir yolunun tikintisinin təkmilləşdirilməsi və bir neçə digər layihələrin sürətləndirilməsi haqqında razılıq əldə olunub.