İran və Ərəbistan səfirliklərini yenidən açacaqlarmı?

İran İslami Şura Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü Cəlil Rəhimi Cihanabadi bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən canlanmaq üzrədir və səfirliklər yenidən fəaliyyətə başlamağa hazırlaşır.

İran İslam Şurasının Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü Cəlil Rəhimi Cihanabadi sosial şəbəkədə Twitter hesabından paylaşım edərək bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər canlanmaya yaxındır və səfirliklər yenidən açılmağa hazırlaşır. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu yaxınlarda Əl-Cəzirə televiziyasına deyib: “İraqda Səudiyyə Ərəbistanının müvafiq rəsmiləri ilə dörd raund müsbət və konstruktiv danışıqlar apardıq. Səudiyyə tərəfi iki ölkə arasında münasibətlərin normala dönməsini istəməsi, səfirlik və konsulluqlarımızın yenidən açılmasını alqışlayacağımızı bildirdik. Tezliklə diplomatlarımız İran İslam Respublikasının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatındakı Nümayəndəliyində məskunlaşacaqlar.