İran son həftədə üçüncü dəfə İraqın şimalında kürd terror qrupların mövqelərini bombalayıb

İran İslam İnqilabının Keşikçilər Ordusu İraqın şimalında separatçı birləşmələrin mövqelərini yenidən hədəfə alıb.

Operativ.tv SalamNews-a istinadən bu barədə İran mətbuatına istinadən xəbər verir.

Bildirilib ki, bu gün İslam İnqilabının Keşikçilər Ordusunun “Həmzə Seyyiduş-Şuhəda qərargahı” hədəfləri dəqiq vuran raketlərlə, habelə kamikadze PUA-ları ilə İraqın şimalındakı separatçı birləşmələrin mövqelərini bombalayıb.

Qeyd edək ki, bu hücum son həftədə İranın İraqın şimalına üçüncü hücumudur.

İran İslam İnqilabının Keşikçilər Ordusu bundan öncə bəyanat yayaraq bildirib ki, İraq Kürdüstan Regional Hökumətinin nəzarətindəki bölgələrdə yerləşən bu qruplar ölkədəki son iğtişaşlarda ən böyük rola malik olub.