İran nüvə danışıqlarında Sepah-la bağlı tələbini geri götürməyib – İran rəsmisi

 İran nüvə danışıqlarında İslam İnqilabının Keşikçilər Ordusu ilə bağlı tələbini geri götürməyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İranın danışıqlara yaxın mənbəsi məlumat verib.

Bildirilib ki, İran Sepah-ın qara siyahıdan çıxarılması şərtindən əl çəkməyib.

Qeyd edək ki, bundan öncə “Teh Wall Street Journal” yazıb ki, İran nüvə danışıqlarında Sepah-ın ABŞ-ın terror siyahısından çxıarılması tələbindən əl çəkib.

Əlavə edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar bu gündən Vyanada başlamalıdır.

Bu danışıqlar üç ay idi dayanmışdı.