İran nümayəndə heyəti Vyanadadır

İranın nüvə müzakirələrində nümayəndə heyətinin rəhbəri Əli Baqiri Vyanaya səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Baqiri bu gün səhər İran və 4+1 ölkələri arasında danışıqları davam etdirmək üçün Vyanaya gəlib.Müzakirələr bu gündən yenidən davam etdiriləcək.

Əldə olunmuş razılığa əsasən, İran və Avropa ölkələrdən olan nümayəndə heyətlərinin rəhbərləri məsləhətləşmələr aparmaq üçün cümə günü öz paytaxtlarına qayıtmışdı. Bu müddət ərzində ekspertlər səviyyəsində müzakirələr davam etdirilmişdi.

Qeyd edək ki, İran və 4+1 ölkələr arasında sanksiyaların ləğvi məqsədilə səkkizinci dövr müzakirələr 22 dekabr 2021-ci ildən başlayıb. Tərəflər müzakirələrdə irəliləmənin olduğunu bildirir.