İran İslam Respublikasının ilk prezidenti vəfat edib

İran İslam inqilabından sonra ilk prezident olmuş Əbul-Həsən Bəni-Sədr Fransada vəfat edib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, İran İslam Respublikasının ilk prezidenti Əbul-Həsən Bəni-Sədr bu gün Parisdə vəfat edib.

Bildirilib ki, Bəni-Sədr uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.

Qeyd edək ki, Bəni-Sədr İslam İnqilabından 3 il sonra ölkə parlamenti tərəfindən kənarlaşdırılmış və həmin zaman ölkədən qaçmağa müvəffəq olmuşdu. Həmin zaman İran məhkəməsi onu, ölkədə dəfələrlə terror aktları törətmiş “Xalq Mücahidləri” ilə iş birliyində ittiham etmişdi. O Fransaya gedəndən sonra İran İslam Respublikasına qarşı xaricdə olan müxalifət düşərgəsinə qoşulub.