İran İnqilab Keşikçiləri Şimali İraq bölgəsində terror təşkilatlarına hücum edib

 

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu İraqın şimalındakı terror təşkilatlarının bazalarını hədəfə alıb.

Xəbərə görə İnqilab Keşikçiləri Ordusunun Quru Qoşunları İraqın şimalındakı anti-İran terror təşkilatlarının bazalarına artilleriya hücumları həyata keçirib. Sözügedən hücumları İnqilab Keşikçiləri Korpusunun Həmzə Seyyiduş Şühəda Qərargahının təşkil etdiyi də məlumatlar arasındadır.