İran Azərbaycanla sərhədə qoşun çıxarılması barədə məlumatları təkzib edir

Operativ.tv Turan-a istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi İran qoşunlarının Azərbaycanla sərhədə çıxarılması ilə bağlı Ermənistan KİV-in iddialarını təkzib edib.

“Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar saxtadır. Göstərilən videogörüntülər bir neçə il öncə çəkilib. Bu cür şayiələri iki ölkənin bədxahları Tehranla Bakı arasında münasibətlərə xələl gətirmək üçün yayırlar”, - səfirliyin bəyanatında deyilir.

Xatırladaq ki, ötən gün erməni mənbələri bildiriblər ki, Laçın dəhlizində vəziyyətin gərginləşməsilə əlaqədar İran qoşunları Azərbaycanla sərhədə yerləşdirilib. Eyni zamanda, ağır texnikanın treylerlərdə daşınmasını göstərən videoçəkiliş nümayiş etdirilib.