İran Avropanın nüvə sazişinin bərpası üçün verdiyi təklifləri cavablandırıb

Avropa İttifaqı nüvə sazişinin bərpası ilə bağlı ABŞ-la İran arasındakı vasitəli danışıqlarda durğunluğu dayandırmaq üçün təkliflər irəli sürüb. İran bu təkliflərə cavab verib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmiləri açıqlama veriblər.

Bildirilib ki, İran tərəfi ötən gün axşam Avropa İttifaqının nüvə sazişinin bərpası istiqamətində təkliflərinə cavabını verib.

Aİ mənbələri bu cavabın detallarını və nəticəni hələ açıqlamayıblar.

Bundan öncə ABŞ Avropa İttifaqının təklifləri əsasənda nüvə sazişinin bərpasına razı olduğunu bildirib.

Qeyd edək ki, nüvə sazişinin bərpası üçün danışıqlar 16 aydır gedir. ABŞ 2015-ci ildə əldə edilən və BMT-nin təsdiqlədiyi bu sazişdən 2018-ci ildə birtərəfli qaydada çıxıb və İrana sərt sanksiyalara başlayıb. İran da cavab olaraq sazişdəki öhdəliklərini azaldıb.