İmam Xamenei: Düşmən məyus oldu

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İslam İnqilabının Rəhbəri İmam Xamenei bu gün Məhkəmə Həftəsi münasibəti ilə Məhkəmə Sisteminin sədri Muhsini Ejei və ədliyyə üzvləri ilə görüşüb.
İmam Xamenei 1981-ci ildə baş verən hadisələrə diqqət çəkərək dedi: “Düşmən son 40 ildə zəiflik və çatışmazlıqlarımıza ümid bağladı, lakin dəfələrlə məyus oldu. Düşmənin problemi odur ki, bu məyusluğun sirrini dərk edə bilmir və onu ayırd edə bilmir. Düşmən başa düşmür ki, İran İslam Respublikası niyə hər dəfə bu qədər təzyiqlərə tab gətirə bilir.”
Ədliyyə sistemini ölkədə təsirli və mühüm bir sütun kimi xarakterizə edən İmam Xamenei ədliyyə üzvlərindən əvvəlki rəhbərlik dövründə hazırlanan transformasiya sənədinə uyğun hərəkət etmələrini istəyib.
İmam Xamenei məhkəmə üzvlərinə xitabən bu qurumun korrupsiyaya qarşı ciddi mübarizə aparmalı olduğunu vurğulayıb.
Cinayətin qarşısının alınmasının məhkəmənin digər vəzifələrindən biri olduğunu bildirən İmam Xamenei, “Şəhər və kəndlərdə torpaq mülkiyyətinin müəyyən edilməsi üçün qanuni öhdəliyə uyğun hərəkət etməklə, torpağı qəsb etmək kimi cinayətlərin qarşısı alınmalıdır” deyib.
İmam Xamenei Ədliyyə ilə məhkəmə rəsmiləri arasında ünsiyyətin vacibliyinə də toxunub.
İmam Xamenei Məhkəmənin xalqın psixoloji təhlükəsizliyinə cavabdeh olduğuna işarə edərək deyib: “Psixoloji təhlükəsizlik ictimai bir hüquqdur və məhkəmə hakimiyyəti sosial mediada müəyyən və ya kimliyi bilinməyən şəxslərin yalan bəyanatları ilə insanların inciməsinin qarşısını almalıdır."

Zavod problemləri və ya qeyri-qanuni zəbt kimi mühüm və müxtəlif məhkəmələrin ictimaiyyətdə açılmasına toxunan İmam Xamenei hər bir işin sona qədər davam etməsinin vacibliyini vurğulayıb.