İmam Sadiqin (ə) Əbu Bəkr və Ömər haqqında buyurduğu “Onlar ədalətli rəhbərlərdir” hədisi səhihdirmi?

Allahın adı ilə

İmam Sadiqin (ə) Əbu Bəkr və Ömər haqqında buyurduğu “Onlar ədalətli rəhbərlərdir” hədisi səhihdirmi?

Sual: İmam Sadiqin (ə) Əbu Bəkr və Ömər haqqında buyurduğu “Onlar ədalətli rəhbərlərdir” hədis səhihdirmi?

و جاء عن الإمام السادس جعفر الصادق (ع) انه سئل عن أبى بكر وعمر رضي الله عنهما ففي الخبر " ان رجلاً سأل الإمام الصادق (ع) ، فقال : يا ابن رسول الله ! ما تقول فى حق أبى بكر و عمر ؟ فقال (ع) : إمامان عادلان قاسطان ، كانا على الحق ، وماتا عليه ، فعليهما رحمة الله يوم القيامة "

 

Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: Əbu Bəkr və Ömər haqqında nəzəriniz nədir? İmam (ə) buyurdu: Adil rəhbərlər idi, haqq uğrunda yaşayıb haqqı uğrunda da öldülər.

Şüştəri, İhqaqul həqq, c. 1, səh. 16

Cavab:

1. Bu rəvayət bəzi kitablarda o cümlədən Əli ibn Yunis Amilinin əs-Sıratul-mustəqim kitabının c. 3 səh 73-də, Seyyid Mərəşinin Şərhu İhqaqil həqq kitabının c. 1, səh. 69-70-də, Şəhid Nurullah Tustərinin əs-Səvarimul muhriqə kitabının 55-ci səhifəsində... nəql olunmuşdur. Bu hədisin heç bir sənədi yoxdur və sənədsiz rəvayətin də istidlal etmək üçün səlahiyyəti yoxdur.

Bizim əqidəmizə görə bu hədis səhih deyil və Bəni Üməyyə ailəsinin şiə imamlarını camaat arasında ikiüzlü göstərmək üçün düzəltdikləri saxta hədislərdən biridir.

2. Bu hədisi dəlil gətirən şəxs hədisin əvvəlini qeyd etməmişdir. Çünki həmin mənbənin (İhqaqul həqq, c. 1, səh. 69) əvvəlində belə yazılmışdır:

روى أنّه سأل رجل من المخالفين عن الإمام الصادق(ع) وقال:...

Müxaliflərdən birinin İmam Sadiqdən (ə) soruşduğu nəql olunur...

Cənab yazar “müxaliflərdən biri” cümləsini atmışdır. Görəsən niyə atmışdır? Çünki “müxalif” kəlməsi hədis terminlərindəndir və “sünni məzhəbinə mənsub” mənasını ifadə edir.

3. Digər tərəfdən də yazar heç hədisin ardını qeyd etməmişdir. Hədisin ardı belədir:

فلمّا انصرف الناس قال له رجل من خاصّته: يا ابن رسول اللّه (ص) لقد تعجّبت ممّا قلت في حقّ أبي بكر وعمر، فقال: نعم، هما إماما أهل النار، كما قال اللّه سبحانه ـ و جعلناهم أئمّة يدعون إلى النار (قصص: 41)،

 

İnsanlar dağılan kimi İmamın (ə) yaxınlarından biri İmama (ə) dedi: Ey Rəsulullahın (s) övladı, Əbu Bəkr və Ömər haqqında dediyinizə təəccüb etdim. İmam (ə) buyurdu: Bəli, onlar cəhənnəm əhlinin rəhbərləridir. Necə ki, Allah buyurur:

Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. (Qəsəs 41)

“Qasitan” (ədalətli mənasında deyil, haqdan dönənlər mənasındadır) deməkdə məqsədim isə bu ayənin təfsiridir:

و أمّا القاسطون فكانوا لجهنّم حطباً. (جن: 15)

 

«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinn 15)

“Adilan” (haqdan üz döndərənlər) deməkdə məqsədim bu olmuşdur ki, bu iki nəfər haqdan üz döndərmiş və onunla müxalifətçilik etmişlər. Həqiqətdə bu ayənin təfsirini nəzərdə tutmuşam:

ثمّ الذي كفروا بربّهم يعدلون (انعام: 1).

... kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar. (Ənam 1)

“Kana ələl həqq” (haqqın əleyhinə) deməkdə məqsədim isə bu olmuşdur ki, bu iki nəfər haqqın əleyhinə çıxmış və ona qarşı qiyam etmişlər. Haqdan da məqsədim Əmirul-muminin Əli (ə) olmuşdur.

“Fə əleyhima rəhmətullah” (Allahın rəhməti onların əleyhinədir) deməkdə məqsədim isə Rəsulullahın (s) onlara qarşı olmasıdır.

فإنّه كان رحمة للعالمين .

Çünki Rəsulullah (s) aləmlərə rəhmətdir

 

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə