İmam Əli (ə.s) hərəmi: Əş-Şərif həyətinin genişləndirmə layihəsi

Layihənin sahəsi 61 min kvadratmetrdir və Həzrət Əli (ə.s) ziyarətgahının genişləndirilməsi layihəsinin bir hissəsidir. Bu barədə hərəmin mətbuat xidmətindən iyunun 24-də məlumat verilib. Məlumatı Operativ.tv Sirat-a istinadən yayıb.

Məbəd ziyarətçiləri yerləşdirmək üçün 4 mərtəbədən, böyük zallardan ibarətdir. Bu layihə hərəmin həyata keçirdiyi ən böyük şəhər layihələrindən biridir.

Məbəd, həmçinin özəl xəstəxana və bir milyon kitabdan ibarət müasir və böyük kitabxanaya sahibdir. Burada ziyarətçilər üçün müxtəlif xidmətlər və elm adamları üçün ayrılmış zallar var. Layihənin ən mühüm hissəsi ibadət və ziyarət yerlərinə həsr olunub ki, bu da ümumi ərazinin 50%-ə yaxınıdır.

Qeyd edək ki, Müqəddəs məkanın Baş Katibliyi son bir neçə ildə inzibati idarələr, dini, intellektual, mədəniyyət və Quran işləri üçün bir neçə binanın açılması təşəbbüsü ilə çıxış edib.