İlahiyyatçı Abgül Süleymanov azadlıqda

Siyasi məhbus Hacı Abgül Süleymanov bu səhər cəza çəkdiyi 10 saylı müəssisədən azadlığa buraxılıb. Bu barədə Operativ.tv-nin müxbiri məlumat verib. Hicab məhbusu həbs müddətini başa vuraraq azadlığa qovuşub. Xatırladaq ki, ilahiyyatçı 2011-ci ildə ölkədə orta-ali təhsil ocaqlarında baş örtüyü ilə tədris müəssisələrinə gəlməyə qoyulan süni qadağaya etiraz əlaməti olaraq “Hicaba azadlıq” aksiyasını təşkil etmişdi. Təhsil Nazirliyi önündə baş tutan aksiyadan bir müddət sonra ilahiyyatçı İsmayıllıda, keçmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həbs olunmuşdu. Bir çox maddələrlə ittiham olunan ilahiyyatçı məhkəmə önünə çıxarılaraq 11-il müddətində azadlıqdan məhrum edilmişdi.

Abgül Süleymanovun məhkəməsi dövründə xarici və daxili hüquq müdafiəçiləri ilahiyyatçının həbsini siyasi adlandırmışdılar.