İki minə yaxın suriyalı qaçqın İordaniyadan ölkəsinə geri dönüb

 Suriyada bölgələrin terrordan və minalardan təmizlənməsindən sonra qaçqınların geri dönməsi tendensiyası sürətlənib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə BMT-nin suriyalı qaçqınlar üzrə kommisarlığının iordaniyalı sözçüsü Məşəl əl-Fayiz məlumat verib.

O bildirib ki, cari ilin birinci yarısında İordanayadan ölkələrinə 1900 qaçqın geri dönüb.

Geri dönmə tendensiyasının könüllü olduğunu bildirən İordaniya nümayəndəsi bildirib ki, 2018-ci ildə sərhədlər açılandan sonra 46,103 suriyalı qaçqın ölkəsinə geri dönüb.

Qeyd edək ki, Suriyada cənub bölgələr terror qruplarından təmizlənsə də hələ bəzi bölgələrdə, eləcə də Suriyanın şərqində Fərat çayı hövzəsində və İdlibdə qarşıdurma ehtimalları var. Bu da qaçqınların geri qayıtmasını ləngidən əsas amillərdir. Bu tendensiyaya maneə yaradan amillərdən biri di ABŞ və Qərbin Suriyaya sanksiyalarıdır ki, ölkədə müharibədən çıxmış iqtisadi vəziyyəti daha da çətinləşdirib.