İki İsrail mayoru səhvən öz silahdaşları tərəfindən öldürülüb

 

Bu barədə İsrail rejim ordusunun mətbuat xidməti “Israel Defense Forces” məlumat yayıb.

Əhli-Beyt (ə) xəbər agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ, Qərb dövlətləri, Rusiya və s ölkələrdən Fələstin torpaqlarını işğal edən cinayətkar İsrail rejimi həyəcan yaşamaqda davam edir. Belə ki, bu gecə İordan çayının Qərb sahilində patrul xidməti aparan iki israilli zabit səhvən öldürülüb. Bu barədə İsrail rejim ordusunun mətbuat xidməti “Israel Defense Forces” məlumat yayıb.

“Bu gecə SAXAL-ın (İsrailin Müdafiə Ordusu) iki zabiti İordan çayının Qərb sahilindəki bazanın yaxınlığında patrul xidməti apararkən həlak olublar. Zabitlər yanlış tanınıb və səhvən SAXAL-ın digər hərbçiləri tərəfindən açılan atəş nəticəsində öldürülüb. Öldürülənlər Mayor Ofek Aharon, 28 yaş və Mayor İtamar Elharar, 26 yaşında və evlidirlər.”

Hadisə ilə bağlı həlak olanların ailələrinə məlumat verildiyi bildirilir.