Həzrət Xanım Məsumənin (ə) hərəminə qara bayraq asıldı

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Həzrət Xanım Fatimeyi Məsumənin (ə) şəhadətinin ildönümü münasibəti ilə bu gün müqəddəs hərəmin qara bayraqlarla örtünmə mərasimi Xanım Məsumənim (ə) və İmam Rzanın (ə) hərəminin xadimləri tərəfindən həyata keçirilib.

 
Qeyd edək ki, bu mənəvi mərasimdə xətiblər və Əhli-beyt (ə) məddahları xanımın vəfatı ilə bağlı söhbət edib, nohə və mərsiyyələr deyiblər.