Həmd və sənadan sonra: “Şiə arxası qibləyə olsa da üzü qəbirə namaz qıla bilər” şübhəsinə cavab:

Bağışlayan və Mehriban Allahın adı ilə

Həmd və sənadan sonra: “Şiə arxası qibləyə olsa da üzü qəbirə namaz qıla bilər” şübhəsinə cavab:

Vəhhabilər deyir:

Ey şiə, Əllamə Məclisinin (r.ə) dediyi barəsində rəyiniz nədir?

Şiənin Şeyxlərindən olan Əllamə Məclisi deyir: Qiblə ilə müvafiq olmasa belə üzü qəbirə qalmaq lazımdır.[1] Bu əməl İmamların (ə) zərihlərini ziyarət edən zaman qılınan iki rükət namazda gerçəkləşir.

Maraqlı burasıdır ki, Əhli Beytdən (ə) nəql olunmuş hədislərə əsasən qəbirləri məscid və ya qiblə qərarlaşdırmaq qadağan olunmuşdur. Lakin şiələr bunu bütün hallarda nəfslərinə müvafiq olan adətləri kimi təqiyyəyə aid ediblər.

Cavab:

1. Bu Əllamənin sözü deyil. O, “Durus” kitabının müəllifi olan Şəhid Əvvəlin (r.ə) dediyi sözü nəql etmişdir. Əgər biz Bihar əl-ənvar kitabına müraciət etsək, görərik ki, Əllamə belə deyir: Şəhid (r.ə) Durusda belə deyir: Ziyarətin bir sıra ədəb qaydaları vardır... Sonra Əllamə Şəhidin “Durus” kitabında yazdığı ziyarətin ədəbləri haqqında fikirlərini qeyd edir.

2. Burada çap xətası vardır. Bihar əl-ənvarda olan cümləni bəyan edirik:

ق قال الشهيد رحمة الله عليه في الدروس: للزيارة آداب: (أحدهاالغسل قبل دخول المشهد ، والكون على طهارة ، فلو أحدث أعاد الغسل ، قاله المفيد ، وإتيانه بخضوع وخشوع في ثياب طاهرة....

Şəhid (r.ə) Durus kitabında deyir: Ziyarət etməyin bir sıra ədəb qaydaları vardır. Hərəmə daxil olmazdan əvvəl qüsl etmək, təharətli olmaq, əgər qüslü batil edən bir amil ortaya gəlsə, yenidən qüsl etmək. Bunları Şeyx Müfid deyibdir. Ora pak paltarda, xuzu-xüşü ilə gəlmək…

Sonra onun dediklərini bir yerə qədər qeyd edir, sonra isə deyir:

وسادسها صلاة ركعتين للزيارة عند الفراغ فان كان زائرا للنبي صلى الله عليه وآله  ففي الروضة، وإن كان لاحد الائمة صلى الله عليهم فعند رأسه، ولوصلاهما بمسجد المكان جاز، ورويت رخصة في صلاتهما إلى القبر ولو استدبر القبلة وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد. 

Ədəb qaydalarının altıncısı ziyarət edəndən sonra  iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların (ə) baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbirə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qibləyə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan ziyarət etsə və arxası qibləyə olsa eybi yox.

Mən deyirəm: Bu Əllamənin Durus kitabından nəql etdikləri idi. Burada altından xətt çəkilən ifadələrdə (tərcümədə isə qırmızı rəngli ifadələrdə -Müt) səhv var. İndi biz əsas mənbə olan Durus kitabında həmin ifadələri nəql edirik. Şəhid Əvvəlin Durus kitabında olan nəzəri budur:

وللزيارة آداب : أحدها : الغسل قبل دخول المشهد ، والكون على طهارة ، فلو أحدث أعاد الغسل ، قاله المفيد ، وإتيانه بخضوع وخشوع في ثياب طاهرة ....
 

Ziyarət etməyin bir sıra ədəb qaydaları vardır. Hərəmə daxil olmazdan əvvəl qüsl etmək, təharətli olmaq, əgər qüslü batil edən bir amil ortaya gəlsə yenidən qüsl etmək. Bunları Şeyx Müfid deyibdir. Ora pak paltarda, xuzu-xüşü ilə gəlmək…

 

Bir neçə söz deyəndən sonra deyir:

وسادسها : صلاة ركعتي الزيارة عند الفراغ ، فإن كان زائرا للنبي صلى الله عليه وآله ففي الروضة ، وإن كان لأحد الأئمة عليهم السلام فعند رأسه ، ولو صلاهما بمسجد المكان جاز ، ورويت رخصة في صلاتهما إلى القبر ، ولو استدبر القبر وصلى جاز ، وإن كان غير مستحسن إلا مع البعد .
 

Ədəb qaydalarının altıncısı ziyarət edəndən sonra iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların (ə) baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbirə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qəbirə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan ziyarət etsə və arxası qəbirə olsa eybi yox.

 

Gəlin, Əllamənin nəql etdiyi ilə Durusda yazılan ifadələri müqayisə edək:

Biharda belədir:

 

ورويت رخصة في صلاتهما إلى القبر ولو استدبر القبلة وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد

 

Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbirə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qibləyə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan ziyarət etsə və arxası qibləyə olsa eybi yox.

Durusda isə belədir:

ولو استدبر القبر وصلى جاز ، وإن كان غير مستحسن إلا مع البعد  ورويت رخصة في صلاتهما إلى القبر
 

Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbirə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qəbirə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan ziyarət etsə və arxası qəbirə olsa eybi yox.

Nəticə:

Hər iki cümlədə olan səhv “qəbir” kəlməsindədir. Burda açıq-aşkar səhv olduğu görsənir. Biharda nəql olunan fikirdə “qəbir” əvəzinə “qiblə” sözü işlənib. Bununla da məna dəyişib. Bununla da biz bu şübhəni rədd edirik.

Fəqir bir bəndənin qələmi ilə

 

[1] Bihar əl-ənvar, c 97 s 134