Əhməd Məsud yeni bəyanat yayıb

Pəncşirdə “Milli Müqavimət Cəbhəsi”nin lideri Əhməd Məsud Talibanla bağlı bəyanat yayıb. 

Bu barədə AmajNews agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibana qarşı mübarizə davam edir.

ncşir müqavimətinin lideri verdiyi son açıqlamada Taliban hərəkatının ölkədə müharibə cinayətləri törətdiyini bəyan edib.

Beynəlxalq ictimaiyyətin və dövlətlərin Talibanı rəsmən tanımadığını alqışlayan Əhməd Məsud sözügedən mövqeyin davam etdirilməsini istəyib.

O bildirib ki, “Milli Müqavimət Cəbhəsi” hədəflərini, ölkə xalqının hüquqlarının bərpası və tələblərini həyata keçirmədən Talibana qarşı mübarizəni dayandırmayacaq.

Faktxeber.