Əhməd Məmmədli 30 sutka inzibati qaydada həbs olunub

"D18 - Demokratiya 1918 Hərəkatı"nın sədri Əhməd Məmmədli sentyabrın 30-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
O, İnzibati Xətalar Məcəlləsinin 535 maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli sayılıb.
Amma gənc bu qərarı əsassız sayıb.Onun sözlərinə görə, həbsinə sülhdən danışması, Prezident İlham Əliyevi tənqid etməsi səbəb olub.
Onun bu açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
 
Azadlıq Radiosu