HƏMAS Fələstinlə barışıq üçün Rusiyadan dəvət alıb

HƏMAS Hərəkatının Siyasi Büro üzvü və beynəlxalq əlaqələr üzrə məsul şəxs Musa Əbu Mərzuk Rusiyadan Fələstin barışıq danışıqlarında iştirak etmək üçün dəvət aldıqlarını açıqlayıb.

Mərzuk qeyd edib ki, bu dəvətin yeganə şərti "Fələstinin xalq sabitlərindən heç birindən güzəştə getməmək və real siyasi iştiraka sahib olmaqdır". Fələstin Muxtariyyəti və Fəth Hərəkatını özünü tənqid etməyə və səhvlərini etiraf etməyə çağıran Əbu Mərzuk, Fəthin Əlcəzairin fələstinli qruplara ev sahibliyi etmək dəvətinə cavab, Rusiyanın isə hələ də bu çağırışa müsbət cavab vermədiyini bildirib. Fələstin müharibəsi 2007-ci ildən siyasi və coğrafi bölünmə səbəbindən ciddi çətinliklərlə üzləşir. Həmas Hərəkatı Qəzzada blokadada olan şəhərin idarəçiliyini öz üzərinə götürdüyü halda, Mahmud Abbasın rəhbərlik etdiyi Fəth Hərəkatı qurduğu hökumətlə İordan çayının qərb sahilində administrasiyanın başçısıdır. Bu parçalanmış struktura son qoymaq üçün atılan addımlar, barışıq üçün aparılan işlər uzun müddətdir ki, nəticə verə bilmir.