Hizbullah İsrail rejimə sentyabrın sonuna qədər vaxt verdi

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Seyyid Həsən Nəsrullahın icraçı köməkçisinin müavini vurğulayıb ki, əgər sentyabrın sonuna qədər işğal olunmuş Fələstinlə sərhədlərin çəkilməsi məsələsi tamamlanmasa, onlar sionist İsrail rejimə neft və təbii qaz çıxarmağa icazə verməyəcəklər. Seyid Həsən Nəsrullahın icraçı köməkçisinin müavini Məhəmməd Yəqi deyib: “Hizbullah sionist rejim daxilində istənilən nöqtəni hədəfə almağa qadir olan dəqiq raketlərlə təchiz olunub və əgər müharibə başlayarsa, yerdə, havada və bütün səviyyələrdə hücum bağlanacaq. Sionist düşmən bizim bacarığımızı çox gözəl bilir, biz dediklərimizi edirik və heç vaxt geri çəkilmirik. Biz qalibiyyətimiz, bütün əzilən xalqların qalibiyyətidir və müqavimətin qazandığı hər qələbəni bu xalqın müqəddəs şəhidlərinə borcludur.”

Məhəmməd Yaqi Baalbekdəki çıxışında neft və qaz ehtiyatlarının qorunmasının geriyə dönməz bir qərar olduğunu açıqlayıb və deyib: “Sərhədlər çəkilməzsə, sionist düşmənin neft və təbii qaz çıxarmasına icazə verməyəcəyik. Bunun üçün sentyabrın sonuna qədər vaxtları var. İsrail Hizbullah baş katibinin bəyanatında çox ciddi olduğumuzu bilir. Müharibə olarsa, biz də bunu alqışlayırıq, çünki bu, həlledici müharibə olacaq. Belə olan halda biz neft və qaz hasilatı ilə bağlı məqsədimizə nail olacağıq və keçmiş maliyyə korrupsiyası dövrünə qayıtmamaq üçün neft və qazı ölkə daxilində hasil edib satacaq bir komitə formalaşdıracağıq”.