Haker hücumuna görə İsrailin beş şəhərində bir saata yaxın həyəcan siqnalı çalınıb - Haaretz

İsrailin təhlükəsizlik mənbələri İran tərəfindən növbəti haker hücumun həyata keçirildiyi və həyəcan siqnallarının beş şəhərdə işə düşdüyünü bildiriblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, ötən gün İsrailin dörd şəhərində eləcə də (işğal edilmiş) Qüdsdə raket hücumu ilə bağlı həyəcan siqnalı çalınıb. Bu həyəcan siqnalı 50 dəqiqə çəkib.

Daha sonra hücumun ölkədə bəzi sistemlərə edilən kiber hücumlarla əlaqəli olduğu üzə çıxıb.

İsrailin kibertəhlükəsizlik üzrə mütəxəssisləri hücumun böyük ehtimalla İran tərəfindən həyata keçirildiyini bildiriblər.