Göygöldə avtomobil qəzasında 6 nəfər ölüb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ.tv-ninAPA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-2107" ilə toqquşub. Qəza zamanı 6 nəfərin öldüyü bildirilir. Qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.