Gənc müsəlman ABŞ tarixində bir ilkə imza ata bilər

Az.shafaqna.com “Sahan Journal”-a istinadən xəbər verir ki, 24 yaşlı müsəlman xanım Zeynəb Məhəmməd ABŞ-ın Minnesota ştatının Senatına namizədliyini irəli sürməyi planlaşdırdığını elan edib.

O, ABŞ dövlət şurasına seçilmiş ilk qaradərili və ən gənc qadın kimi düşmək istəyir.

Mən son 1,5 ildə Senatın zallarında gəzərək qanun layihələrinin lobbiçiliyini etmişəm və heç vaxt özümü orada görməmişəm. Bu strukturda bir nəfər də olsun qaradərili qadın yoxdur“, – deyə o bildirib.

Zeynəb təqaüdə çıxmağa hazırlaşan Patrisiya Torres Reyin yerinə öz namizədliyini irəli sürüb.

Prosesin çətinliyini qeyd edən müsəlman xanım deyib ki, dostları, ailəsi və müsəlman icmasından olan insanlarla keçirdiyi çox sayda söhbətdən sonra bu zərurətin mövcudluğunu hiss edib.

İnsanlar zəng edərək deyirdilər: “Mən düşünürəm ki, sənin o yerə namizədliyini irəli sürməyinə dəyər”“, – deyə o bildirib.