Fransa prezidenti növbəti İsrail-Livan müharibəsi ilə bağlı xəbərdarlıq edib

Makron xəbərdarlıq edib: İsraillə yeni münaqişə 2006-cı il müharibəsindən daha ölümcül olacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı Fransa prezidenti Emmanuel Makron Livana xəbərdarlıq edib ki, İsraillə yeni münaqişə 2006-cı il müharibəsindən daha ölümcül və dağıdıcı olacaq.

Fransa prezidenti Livanın "L`Orient Le Jour" qəzetinə müsahibəsinə bildirir ki, Livan və İsrail tərəfləri arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı, İsraillə başqa qarşıdurma və ya münaqişə Livan xalqının maraqlarına uyğun deyil. O həmçinin Livan və İsrail arasındakı sərhədin demarkasiyasını siyasiləşdirməməyə çağırıb.

Dünən, cümə axşamı Fransa prezidenti 200-dən çox insanın ölümü və 7000-ə yaxın insanın yaralanması ilə nəticələnən Beyrut limanında baş verən partlayışın ikinci ildönümünə təsadüf edən gündə ərəb dilində tvit yazıb.

Makron “Twitter”də ərəb dilində Livan xalqına başsağlığı verib.

Qeyd edək ki, son zamanlarda Livanla İsrail və ya İsraillə Hizbullah hərəkatı arasında növbəti gərginlik Aralıq dənizində yerləşən Kariş qaz yatağı ilə bağlıdır. Belə ki, İsrail bu münaqişəli qaz yatağında birtərəfli qaydada işlərə başlayıb və Hizbullah bu istiqamətdə PUA-lar uçuraraq xəbərdarlıq edib. Hazırda Livanla İsrail arasında bu mövzuda ABŞ-ın vasitəçiliyi ilə danışılqar gedir.