Fransa daha bir məscidi bağladı

Giperssilka.ru İQNA-ya istinadən xəbər verir ki, Fransanın dövlət rəsmiləri cəmiyyətin islamiləşməsinin qarşısını almaq məqsədilə layihənin icrası yönündə daha bir məscidi bağlayıblar.

Fransa dövlətinin bu dəfəki hədəfi Alen şəhərinin məscidi olub. Rəsmilər bu məscidi radikal düşüncələri yayması bəhanəsi ilə qapadıblar.

Açıqlamada iddia edilib ki, bu məscidə namaz qılmaq üçün toplaşan 300 nəfər radikal İslami qruplaşmaların üzvləri və ya onlara yaxın insanlardırlar, məsciddə insanlar terrorizm, zorakılıq, irqçilik və şəriət hökmlərinin bərqərar edilməsinə təşviq olunurlar.

Hətta bildirilib ki, məscidin nəzdində fəaliyyət göstərən Quran hifzi müəssisəsi 110 Quran hafizinə silahlı cihadın əhəmiyyətini aşılayır.

Bununla əlaqədar olaraq Fransanın “Figaro” qəzeti məscidlə əlaqəli 8 nəfərin bank hesablarının müsadirə ediləcəyini yazıb.