Fransa Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 min azərbaycanlının axtarışı üçün Qırmızı Xaça yarım milyondan çox avro ayırıb

2021 –ci ildə Fransa Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 4 minədək azərbaycanlının axtarışı üzrə işlər üçün Qırmızı Xaça yarım milyondan çox avro ayırıb.

Bu barədə sentyabrın 7-də Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Tvitter hesabında yazıb.