Fransa, Almaniya və Rusiya Qarabağ məsələsini müzakirə etdi

Fransa, Almaniya və Rusiya xarici işlər nazirləri telefon söhbətində Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər.

Bu barədə iyunun 8-də Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Telefon söhbəti zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət, 9 noyabr sazişinin müddəalarının icrası məsələləri müzakirə olunub.

Bildirilir ki, Jan-İv Le Drian (Fransa), Hayko Maas (Almaniya) və Sergey Lavrov (Rusiya) arasındakı danışıqlar zamanı Qarabağda atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və fikir ayrılıqlarının siyasi-diplomatik həllinə ehtiyac olduğu vurğulanıb.

Məlumata görə, Sergey Lavrov deyib ki, beynəlxalq təşkilatların məsələyə istənilən formada qoşulması yalnız rəsmi Bakı və Yerevan icazəsi ilə ola bilər.

XİN rəhbərləri həmçinin Ukrayna məsələsini müzakirə etdikləri bildirilir.