Əfqanıstanın iki şəhərində törədilən partlayışlarda yeddi mülki şəxs həyatını itirib

Bu gün paytaxt Kabildə və ölkənin şərqində yerləşən Nəngərhar əyalətində partlayışlar törədilib. Ölənlər var.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün Nənrəghar əyalətinin Qəni-Xəyl rayonunda səhiyyə işçilərini daşıyan maşın partlayışa məruz qalıb.

Burada üç səhiyyə işçisi ölüb və 10 nəfər yaralanıb.

Həmçinin Kabildə mikroavtobus partlayışa məruz qalıb.

Burada dörd mülki şəxs ölüb və daha 12 nəfər yaralanıb.

Bu hücumları hələ heç bir qrup üzərinə götürməyib.

Ötən şənbə günü hinduların məbədinə edilən hücumu isə İŞİD üzərinə götürüb.