Əfqanıstanın Bəlx əyalətində əsasən özbəklərdən ibarət “Cənubi-Türküstan” adlı silahlı partizan qrupu mövcudluğunu elan edib.
Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə AamajNews agentliyi tvitter səhifəsində məlumat yerləşdirib.
Yayımlanan videoda bir qrup şəxs özlərini “Cənubi-Türküstan”nın əsgərləri adlandırır və Əfqanıstanın şimalında özbəklərin, qırğızların, türkmənlərin və sair türdilli xalqların hüquqlarını müdafiə etmək üçün mübarizə aparacaqlarını bildiriblər.
“Cənubi-Türküstan” adlı silahlı partizan qrupu mövcudluğunu Məzar-Şərif şəhərindən elan etdiklərini bildiriblər.
Qeyd edək ki, bundan öncə Əfqanıstanın mərkəz və şimal bölgələrində taciklər və həzarələrin oxşar partizan qrupları da Talibana qarşı mübarizə məqsədilə varlığını elan ediblər.
Əfqanıstanda Talibana qarşı “Cənubi-Türküstan” adlı partizan qrupu varlığını elan edib