Fond bazarı çökdü: Kərimovlar ailəsi 795 milyon itirdi

Bu gün Rusiyanın 4 milyarderi ümumilikdə 2 milyard dollardan çox vəsait itirib.

"Lent.az" xəbər verir ki, bunlar Oleq Tinkov, Leonid Mixelson, Gennadi Timçenko və Süleyman Kərimovdur.

Onların kapitallarının azalmasına səbəb isə Rusiya fond birjasında qiymətli kağızların dəyərdən düşməsi olub.

Təkcə Süleyman Kərimovun ailəsi 795 milyon dollar itirib.