Fələstinli hərəkatların müqaviməti və beynəlxalq təzyiqlər nəticəsində İsrail atəşkəsi qəbul edib

İsrail-Qəzza cəbhəsində atəşkəs elan edilib.

Misir, ABŞ və İordaniya kimi beynəlxalq tərəflərin vasitəçiliyi ilə ötən gün İsrail-Qəzza cəbhəsində atəşkəs elan edilib.

İsrail hökuməti ötən gün üç saatlıq müzakirələrin ardından atəşkəsə boyun qoyub.

Razılaşmaya əsasən atəşkəs ötən gecə saat 02.00-dan qüvvəyə minib.

İsrail daxilində bəzi partiyalar Benyamin Netanyahu hökumətini atəşkəsə getdiyinə görə tənqid ediblər.

Qeyd edək ki, bu 11 günlük qarşıdurmada İsrailin Aşkelon, Aşdod, Beer-Şava, Sderot hətta paytaxt Təl-Əvivə çoxlu sayda raket düşüb. Bu raketlər qeyd edilən şəhərlərdə və digərlərində ciddi dağıntılara səbəb olub. İsrailə beynəlxalq uçuşlar dayanıb və bəzi elektrik, neft və qaz kimi enerji xətlərinin işində dayanmalar və ya fasilələr baş verib. Bu qarşıdurmada İsraildə 14, Qəzzada isə 230 nəfərin öldüyü bildirilir.