Fələstinli hərəkatlar Mahmud Abbasdan İsraillə koordinasiyanı dayandırmağı tələb ediblər

HƏMAS, “İslami Cihad”, “Milli Təşəbbüs Hərəkatı” və sair Fələstin Muxtariyyətinin rəhbərliyindən İsraillə təhlükəsizlik sahəsində koordinasiya addımlarını dayandırmağı tələb ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, ötən gün Nablusda bir fələstinli fəalın Fələstin Muxtariyyəti qüvvələri tərəfindən ələ keçirilməsi və onun İsrailə təhvil verilə biləcəyi ilə bağlı iddialardan sonra bir sıra şəhər və qəsəbələrdə qarşıdurmalar başlayıb.

Fələstinli hərəkatları təmsil edən qüvvələrlə Fələstin Muxtariyyətinin qüvvələri arasında qarşıdurmada bir nəfər ölüb və daha dörd nəfər yaralanıb.

Bu hadisələr fonunda Qəzzanı nəzarətədə saxlayan “HƏMAS”, eləcə də “İslami Cihad”, “Milli TəşəbbüsHərəkatı” və sair hərəkat və cəmiyyətlər Mahmud Abbası İsraillə təhlükəsizlik sahəsindəki koordinasiya razılaşmasını ləğv etməyə çağırıblar.

Onlar fələstinli fəalın İsrailə təhvil verilməsi haqda ciddi xəbərdarlıq ediblər.

Qeyd edək ki, ötən gecədən Nablusda Fələstin Muxtariyyətinin qüvvələri ilə hərəkatçılar arasında atəşma gedir.