Fələstin və İordaniya Əl-Əqsa məscidində yəhudi dini ayinlərin keçirilməsi qərarına etiraz edib

“Əl-Əqsa məscidində radikalların dini mərasimlərinin keçirilməsinə icazənin verilməsi əsassız və qeyri-qanunidir”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İordaniyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Heysəm Əbul-Foul deyib.

İsrail məhkəməsinin əl-Əqsa məscidində yəhudi dini ayinlərin keçirilməsi ilə bağlı qərarına münasibət bildirən İordaniya rəsmisi bu addımın əsassız və qeyri-qanuni olduğunu bildirib.

“Beynəlxalq qanunlar İsrail məhkəməsinin Fələstin əraziləri üzərində hakimiyyətini tanımır. Şərqi-Qüds də buna aiddir”, deyə İordaniya rəsmisi əlavə edib.

Həmçinin Fələstinin Xarici İşlər Nazirliyi bəyanat verərək İsrail Məhkəməsinin qərarını kəskin pisləyib.

“Bu addım dini müharibə elan etmək və mövcud vəziyyətə qarşı çıxmaqdır”, deyə bəyanatda qeyd edilib.