Finlandiya hökuməti NATO ilə bağlı qərar verdi

Operativ.tv Cumhuriyet-ə istinadən verdiyi xəbərə görə, Finlandiya prezidenti Sauli Niinisto "NATO üzvlüyü üçün rəsmi müraciət edəcəyik" deyib.
Finlandiya prezidenti Niinisto prezident Ərdoğanın ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı gətirdiyi problemlərlə bağlı Ərdoğanla görüşməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Ərdoğan məscidin çıxışında verilən suallara cavab olaraq, “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin müsbət fikirdə deyilik” ifadəsini işlədib.