Filippində 6 bal gücündə zəlzələ baş verib

ABŞ Geoloji Xidməti (USGS) Filippinin Namuak bölgəsindən 50 kilometr şimal-şərqdə 6 bal gücündə zəlzələnin baş verdiyini bildirib.
Operativ.tv CNN TÜRK-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada Filippində 6 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. 
USGS zəlzələnin episentrinin Caqayan əyalətinin Namuac bölgəsindən 50 kilometr şimal-şərqdə, 35,4 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı hələlik məlum deyil.