Ermənistanın Baş Qərargah rəisi Şuşaya “İsgəndər” raketini kimin atdığı barədə suala cavab verməyib

Ermənistan silahlı qüvvələrinin yeni Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Şuşa şəhərinə “İsgəndər” raketi atması barədə iddialarını şərh etməkdən imtina edib.

Onun sözlərinə görə, “bu, məxfi məlumatdır”. Davtyan bunun səbəbini açıqlamayıb.