DSX-nin əsgərinin intihar etdiyi bildirilir

“General hərbi hissəyə gedib”

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu İbrahim Quliyev mayın 8-də intihar edib.

2003-cü il təvəllüdlü əsgər İbrahim Quliyev ona təhkim olunmuş silahla özünü öldürüb.

Məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti yayıb.

DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədovun hərbi hissəyə ezam olunduğu və Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparıldığı qeyd olunub.