Dəhşətli Beyrut partlayışından iki il keçir

Minlərlə insanın ölümü və yaralanmasına səbəb olan Beyrut partlayışından iki il keçir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün Livanın dövlət müssisələrində Beyrut partlayışının ikinci ildönümü ilə əlaqədar bayraqlar hüzn əlaməti olaraq endirilib.

Prezident Mişel Oun tvitter səhifəsində paylaşım edərək ölkə xalqına başsağlığı verib və hadisənin baş berməsində müqəssirlərin tapılması və cəzalandırılması üçün məhkəmə işinin davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, Beyrut limanında iki il öncə baş verən partlayışda 214 nəfər ölmüş, 6 min insan yaralanmışdı.