Depay "Barselona"dan gedir

"Barselona"nın hücumçusu Memfis Depay komandadan ayrılmağa qərar verib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, komandakı durumundan narazı olan niderlandlı futbolçu üçün Kataloniya təmsilçisi 20 milyon avro tələb edir. Qeyd edək ki, Depayın adı daha çox "Yuventus"la hallanır.