Daily Mail: Bayden Avropaya qaz tədarükü məsələsində Putinə fürsət yaratdı

ABŞ Prezidenti Co Bayden, Rusiya lideri Vladimir Putinə Avropaya qaz tədarükü məsələsində fürsət yaratdı.

SalamNews-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərənin "Daily Mail" qəzetinin şərhçisi Kris Plezans bu qənaətdədir. 

Onun sözlərinə görə, Ağ Evin rəhbəri "Şimal axını-2"nin inşasının bitməsi üçün "yaşıl işıq" yandırıb və bununla da Moskvanın qiymətlərə təsir etməsinə və Avropa qaz bazarına nəzarət etməsinə imkan yaradıb.

"Bu addım ABŞ prezidentinin həm tənqidçilərini, həm də tərəfdarlarını çıxılmaz vəziyyətə saldı", Plezans bildirib.

Onun fikrincə indi Rusiya yeni xəttin sertifikatlaşdırılmasına nail olmaq üçün qitədə yaranan yanacaq böhranından istifadə edəcək.