Covid-19 peyvəndində çip varmı?

“Microsoft” şirkətinin həmtəsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts korona virusu vaksinlərinə çip yerləşdirməsi ilə bağlı iddialardan danışıb.
Operativ.tv Haber 7-yə istinadən verdiyi xəbərə görə, bu yaxınlarda verdiyi müsahibədə Qeyts belə deyib: "İnsanları izləməklə bağlı, bilmirəm, insanlar niyə onların harada olduqlarını bilməkdə maraqlı olduğumu düşünürlər. Mən hələ də buna gülməliyəm, amma bu, insanların peyvənd olunmasına mane olursa, deməli faciədir."