Çin sərnişin təyyarəsi hava limanında yanıb

Çinin cənub-qərbində hava limanında sərnişin təyyarəsi havaya qalxarkən yanıb.
Fars Xəbər Agentliyinin Beynəlxalq Xidmətinin məlumatına görə, Çinin cənub-qərbində bir sərnişin təyyarəsi hava limanından qalxarkən alovlanıb və yerli rəsmilər bildiriblər ki, onun mühərriklərindən biri uçuş-enmə zolağını cızıb və sonra alovlanıb.
Məlumata görə, yerli aviasiya rəsmiləri açıqlamasında bildiriblər ki, təyyarə uçuş-enmə zolağından kənara çıxdıqdan sonra mühərrik yerə çəkilib və alov başlayıb, hazırda bunun qarşısı alınıb.